“Təhlükəsizlik sistemi gücləndiriləcək, Qələbə paradı təxirə salınmayacaq”- KREML

“Mayın 3-nə keçən gecə baş verən hadisələrdən sonra Kremldə təhlükəsizlik sistemi daha da gücləndiriləcək”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov ərazidə təhlükəsizliyin necə gücləndiriləcəyinə aydınlıq gətirməyib və bildirib ki, bu, mütəxəssis təhlili tələb edən mövzudur.

Peskov əlavə edib ki, mayın 9-da keçiriləcək parad üçün ölkənin baş meydanındakı ərazi xüsusi qaydada qorunur: “Hadisə heç bir şəkildə tədbirin proqramına təsir etməyəcək, prezident tribunadan çıxış edəcək”.

Azpost.info

Əvvəlki məqalə

Putin dron insidenti ilə bağlı Təhlükəsizlik Şurasını toplayacaqmı?

Sonrakı məqalə

“Azərbaycanda əhalinin hər 8 nəfərindən biri sahibkardır”