Mərakeşdə baş verən 6,9 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 630-a çatıb.
Azpost.info xəbər verir ki, bu, son 20 ildə ölkədə baş verən ilk güclü zəlzələdir.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Mərakeşdən 77 km cənub-qərbdə və 10 km dərinlikdə yerləşib.
“Əvvəlcə kiçik bir təkan oldu, sonra çox güclü silkələndi. Bütün ev titrədi, hər şey çökməyə başladı. Hamı qışqırırdı, şokda idik, ayaqyalın bayıra qaçdıq. Təxminən 30 saniyə çəkdi və olduqca güclü silkələnmə oldu”, – şahidlərdən biri qeyd edib.
Zəlzələdən sonra Mərakeşin baş meydanında və şəhərin baş məscidində yanğınlar başlayıb. Ətrafdakı kiçik evlər tamamilə dağılıb. İnsanların dağıntılar altında qaldığı bildirilir.
Azpost.info