TƏBİB Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

TƏBİB-dən APA-ya daxil olan məlumatda bildirilir ki, yanvarın 11-də saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib.

Uşaq valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.  

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya, Fransa və Almaniya birgə bəyanat yaydı

Sonrakı məqalə

“Haftar 2 gün möhlət istəyib”