TƏBİB sədri Bakıda baş vermiş partlayışla bağlı açıqlama verib

Həkimlər xəsarət alan şəxslərin vəziyyətinin bərpa olunması ilə bağlı ciddi səylə çalışırlar. Yaralıların müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Bakıda gecə klubunda baş vermiş partlayışda xəsarət alanların səhhəti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır.

“Müraciətlərin 90%-i yanıq xəsarətləridir. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var. Onlara da aidiyyəti üzrə yardım göstərilib”, – Vüqar Qurbanov deyib.

“Hadisə baş verən əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar tibb müəssisələrinə yerləşdirilib. Stasionar müalicə alan 23 nəfərdir, 7 nəfərin vəziyyəti ağırdır, üç nəfərin vəziyyəti isə kritik ağırdır, iki nəfər evə buraxılıb”, – o qeyd edib.

Əvvəlki məqalə

Pakistan Baş naziri parlamenti buraxmağa çağırıb

Sonrakı məqalə

İmran Xan Nazirlər Kabinetini istefaya göndərdi