Təcili yardım gücləndirilmiş rejimdə işləyəcək- Seçki günü

Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan Parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda Çin istehsalı olan smartfonlar bahalaşıb

Sonrakı məqalə

Sabah yağış, qar yağacaq, güclü külək əsəcək