Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Payız semestri üzrə təhsil tələbə krediti almaq üçün 5678 nəfər müraciət edib.

APA xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciətlərin 3590-ı (63 faiz) yekunlaşdırılıb, 2088-i (37 faiz) isə yekunlaşdırılmayıb:

“Yekunlaşdırılmamış müraciətlər üzrə 2088 müraciətə sistem tərəfindən müraciət müddəti bitdiyi üçün imtina verilib. Belə ki, 1461 tələbə sistemə daxil olub, lakin heç bir əməliyyat aparmayıb. 627-si isə tələbə olmayan, kredit almayan və s. şəxs olub. 3590 yekunlaşdırılmış müraciət üzrə 1116 nəfər sosial, 1783 şəxs isə standart təhsil tələbə krediti alıb. 691 müraciətə isə imtina verilib” – o deyib.

Ali Təhsil Müəssisələri üzrə ödənilmiş təhsil tələbə krediti məbləğləri üzrə göstəricilər açıqlanıb.

Ən çox kredit 206500 manat olmaqla Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Universitetin 229 tələbəsi kredit alıb.

Əvvəlki məqalə

Uşaqlar arasında son dövrdə ən çox yayılan xəstəliklər hansılardır?

Sonrakı məqalə

“Ukraynada müharibənin nə qədər davam edəcəyi məlum deyil” –