Təhsil naziri:"Pandemiya ilə mübarizədə Azərbaycan dövləti bir sıra ilklərə imza atıb"

“Pandemiya ilə bağlı mübarizədə Azərbaycan dövləti bir sıra ilklərə imza atıb. Azərbaycan əvvəldən koronavirusa qarşı mübarizədə bir sıra tədbirlər gördü və dünya ölkələri də bu təcrübədən istifadə etdi”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, martın 2-də Azərbaycanın bütün ərazisində təhsil prosesi dayandırılıb: “Bu, pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bu qərar qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərarı qəbul edirdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi. Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”.

Təhsil naziri vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən qəbul edilən qərarlar – vəziyyətin nəzarətə götürülməsi, virusun insanların sağlamlığına bura biləcəyi təsirin qarşısının alınması, dövlət orqanlarının çevik reaksiyası vətəndaş-dövlət həmrəyliyi nəticəsində olub. Bu prosesin vacib mərhələsindəyik, ilk dəfə xüsusi karantin tədbirlərinin müəyyən qədər yumşaldılmasından danışırıq. Bundan sonra məhdudiyyətlərin geri qayıtmaması üçün hər bir vətəndaş öv davranış və məsuliyyətini ortaya qoymalıdır. Sosial məsafə, şəxsi gigiyena, insanların kütləvi toplaşmaması ilə bağlı tövsiyələrə əmək edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və tərkibi müəyyənləşib

Sonrakı məqalə

Türkiyənin məşhur modelyeri Nur Yerlitaş vəfat edib