Təhsil Nazirliyi:"Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi"

Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırma zamanı məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb. Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə çıxarılacaq.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6 680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.

Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənləri, rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avrozona iqtisadiyyatı 13%-ə yaxın azala bilər

Sonrakı məqalə

Azərbaycan səfirliyi azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı məlumat yaydı