Təhsil tələbə kreditinin hansı müddətə verildiyi açıqlanıb

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır: “Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 il ola bilər. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa, məhkəmə ilə geri alınacaq. Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki tələbə kreditinə müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil tələbə kreditləri üzrə güzəştlər açıqlanıb

Sonrakı məqalə

Avropa İttifaqı səyahətlər üçün COVID peyvəndinin limitini 9 aylıq təklif edəcək