Tələbələrin köçürülməsi üzrə qeydiyyat bu gün başa çatır

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu bu gün başa çatır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu prosesə bu gün saat 24:00-da yekun vurulacaq.

Qeyd edək ki, sözügedən prosesə fevralın 1-dən start verilib.

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paytaxt üzrə 5 mindən çox şagird olimpiadanın yarımfinalına çıxıb

Sonrakı məqalə

Azərbaycanın neft-qaz sektoruna 36 mlrd. manata yaxın vəsait yönəldilib