“Təxribatlar davam etsə, müharibə elanı kimi qiymətləndiriləcək”- Şimali Koreyadan ABŞ-a XƏBƏRDARLIQ

“Birləşmiş Ştatlar Şimali Koreyaya qarşı təxribatları dayandırmalı və Pxenyanın etirazlarını gözardı etməməlidir”.

Azpost.info xəbər verir ki, bunu KXDR-in Xarici İşlər Nazirliyinin departament direktoru Kvon Conq Gın bildirib.

O, xəbərdarlıq edib ki, əks halda Şimali Koreya Vaşinqtonun hərəkətlərini müharibə elanı kimi qiymətləndirə bilər.

“Birləşmiş Ştatlar anlamalıdır ki, bizim etirazlarımıza məhəl qoymadan təxribat xarakterli hərəkətlərin davam etməsi, KXDR-ə qarşı düşmənçilik münasibəti və müharibə elanı kimi qiymətləndirilə bilər”, – XİN rəsmisi deyib.

Kvon Conq Gın qeyd edib ki, gərginliyi azaltmağın yeganə yolu ABŞ-ın öz effektiv mövqeyini nümayiş etdirməsidir: “Vaşinqton Cənubi Koreyada strateji silahların yerləşdirilməsini və Şimali Koreyaya qarşı yönəlmiş təlimləri dayandırmalıdır”.

XİN nümayəndəsi ABŞ-ın təsiri altında olan BMT Təhlükəsizlik Şurasını da ikili standartlarda ittiham edib. Onun sözlərinə görə, Pxenyanın narazılığına Vaşinqton və Seulun genişmiqyaslı birgə təlimlər kimi hərbi gərginliyi artıran hərəkətləri səbəb olub.

Azpost.info

Əvvəlki məqalə

XİN Paşinyana cavab verdi –

Sonrakı məqalə

Xocalı soyqırımı qurbanlarının xatirəsi Milli Məclisdə 1 dəqiqəlik sükutla yad edilib