“Təyyarələrim yoxdur, Maldivlərə getməmişəm, rahat buraxın…”– KADIROV

Çeçenistan lideri Ramzan Kadırov uzun müddətdir ki, uzaqdan (başqa ölkələrdən) işləməsi və gözə dəyməməsi ilə bağlı xəbərləri təkzib edib.

Azpost.info xəbər verir ki, “Teleqram” kanalında o, kabinetinin fonunda video yayımlayaraq heç yerə getmədiyini bildirib.

“Yalnız bu gün əziz qardaşım, mətbuat katibi İlman Vahidovdan öyrəndim ki, hansısa KİV-lər məni Maldivlərə göndərib. Bunu eşitmək həqiqətən gülməli idi. Rəsmi olaraq bəyan edirəm – mən heç vaxt Maldiv adalarında olmamışam və onların harada olduğunu da bilmirəm. Regionu uzaqdan idarə etmək bizim qaydalarımızda yoxdur. Bu saxtakarlığın müəllifləri özlərinin ölüm hökmünə imza atıblar. İnsanlar artıq onlara etibar etməyəcək. Mən evdəyəm. Son vaxtlar heç yerə getmirəm. Təyyarələrim, helikopterlərim yoxdur, sadəcə maşınım var. Bizi rahat buraxın. Danışanlar var, amma fakt faktdır”, – Kadırov qeyd edib.

Qeyd edək ki, bir sıra “Teleqram” kanalları Kadırovun Çeçenistanı Maldiv adaları və Birləşmiş Ərəb Əmirliklərindən idarə etdiyini, yerli telekanalın isə onu ya göstərmədiyini, ya da efirə əvvəlcədən çəkilmiş kadrları verdiyini yazıblar.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Prezidenti Vyetnam şirkətlərini azad olunmuş ərazilərdə bərpa işlərində iştiraka dəvət edib

Sonrakı məqalə

FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb