Taliban ölkədə daşqalaq, şallaq və edam cəzasının tətbiqinə başlayıb –Dini lider əmr imzalayıb

Taliban hakimiyyəti Əfqanıstanda şəriət qanunlarının tələb etdiyi cəza tədbirlərini tətbiq etməyə başlayıb. Bura daşqalaq, şallaq və açıq edamlar daxildir. 

Azpost.info “The Guardian”a istinadən bildirir ki, taliblərin nümayəndəsi Zəbulla Mücahid ali dini lider Heybətulla Axundzadənin bir qrup hakimlə görüşdən sonra bu barədə olan əmrini açıqlayıb.

“Oğruların, qiyamçıların, adam oğrularının dosyelərini diqqətlə öyrənmək lazımdır. Şəriətin cəza şərtlərinə uyğun cinayət işləri ilə bağlı hökmü vacib olan hüdud, qisas kimi cəzaları reallaşdırmaq lazımdır. Bu, şəriətin qaydası və mənim qadağamdır. İcrası hökməndir”— deyə Mucahid Axundzadənin sözlərini çatdırıb.

İslam qaydasına görə, hudud cinayəti sayılan spirtli içki, zina, qiyam, adam oğurluğuna görə cəza vermək üçün əsaslı subutlar lazımdır. Məsələn, zinaya görə 4 müsəlman şahid olmalıdır.

Qisas isə həyatdan mərhumetmə və ya intiqama görə kimi isə yaralamaqdır.

Əfqanıstanda qadınların vəziyyəti pisləşib. Onlardan çoxu iş yerlərini itirib, qadınlar evədn çıxdıqda hicab yaxud da paranca taxmalıdırlar.

Azpost.info

 

 

Əvvəlki məqalə

“Polşaya raket hucumu barədə təsdiqlənmiş məlumatımız yoxdur” –

Sonrakı məqalə

Fransa Senatının qətnaməsi sülhyaratma prosesinə kölgə salır –