“Taliban” on minlik ordusunu Tacikstanın sərhədinə topladı –

GƏRGİNLİK
30 Sentyabr 2021 - 17:17

Tacikistan və Əfqanıstan qoşunlarını sərhədə çəkir. İki ölkə arasında hərbi və siyasi gərginlik artır. Bu barədə iki ölkənin KİV-ləri məlumat yayıb.

Artan gərginlik iki ölkə liderlərinin qarşılıqlı sərt bəyanatları fonunda baş verir. “Taliban” hərəkatının ordusunun on minlərlə əsgəri Tacikistan sərhədinə yaxınlaşıb.

Tacikistan-Əfqanıstan sərhədindəki gərginliklə əlaqədar olaraq, Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Düşənbə və Kabili “mövcud vəziyyətin həlli üçün qarşılıqlı məqbul variantlar axtarmağa” çağırıb.