Tanınmış neyrocərrah Azər Əkbərov vəfat edib

Azərbaycanın tanınmış neyrocərrahı, hərbi həkim Azər Əkbərov vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, həkim uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A. Əkbərov Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ixtisaslaşıb. Daha sonra Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında neyrocərrahiyyə üzrə uzmanlıq təhsili alıb. Tibb xidməti mayoru olub, hərbi həkim kimi fəaliyyət göstərib. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, Respublika Diaqnostika Mərkəzində çalışıb. A. Əkbərov 44 günlük Vətən müharibəsində hərbi həkim kimi fəaliyyət göstərib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri üçün təlim keçirilib

Sonrakı məqalə

Azərbaycan turistlərinin Yeni il bayramını keçirəcək əsas ölkələr açıqlanıb