“Tanış səslənir, elə deyilmi?”- Bayden Türkiyədəki seçkiləri şərh edib

ABŞ prezidenti Co Bayden Türkiyədəki seçkilərin ilkin nəticələrini şərh edib.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydendən Türkiyə müxalifətinin öndə getdiyi və ya dövlət mediasının məlumatına görə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın lider olduğuna dair yayılan məlumatları şərh etməsi istənilib. Cavab olaraq Bayden bildirib ki, səsvermənin nəticələri ilə bağlı mübahisələr olmadan da bölgənin kifayət qədər çətinlikləri var.

“Tanış səslənir, elə deyilmi? Xeyr, baxın, ümid edirəm ki, kim qalib gəlirsə, qalib gələcək. Demək istədiyim odur ki, dünyanın bu hissəsində bu olamdan da kifayət qədər problem var”, – Bayden deyib.

Azpost.info

Əvvəlki məqalə

III və II qruplar üzrə qəbul imtahanları keçiriləcək –

Sonrakı məqalə

Ərdoğan 49,4, Kılıçdaroğlu 44,96 faiz səs toplayıb, açılmayan qutular var…