Tarix elmləri doktoru Aydın Balayev dəfn olunub –

FOTO
08 Dekabr 2021 - 14:28

Bu gün vəfat etmiş tarix üzrə elmlər doktoru Aydın Balayev dəfn olunub.

Azpost.info bildirir ki, dəfn mərasimində alimin dostları və yaxınları iştirak edib.

Tarixçi uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

A.Balayev 1956-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

Qeyd edək ki, 65 yaşlı professor bir sıra araşdırmaların, tarixi əsərlərin müəllifidir.

Allah rəhmət eləsin!