Tarix İnstitutunun direktoru Kərim Şükürov koronavirusa yoluxub

08 Noyabr 2021 - 11:45

AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov koronavirusa yoluxub.

Bu barədə APA-ya Tarix İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, K. Şükurov hazırda Mərkəzi Gömrük Hospitalındadır. Onun vəziyyətinin ağır olduğu, süni tənəffüs aparatına qoşulduğu bildirilib.