“Tarixi gündür, Xersonu qaytardıq…Çox xoşbəxtəm” –ZELENSKİ MÜRACİƏT ETDİ

“Bu gün tarixi gündür. Ölkəmizin cənubunu qaytarırıq, Xersonu qaytarırıq. Hazırda müdafiəçilərimiz şəhərə yaxınlaşmaqdadırlar. Xüsusi bölmələr artıq şəhərdədir”.
Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski öz müraciətində bildirib.
Onun sözlərinə görə, Xerson sakinləri bu günü gözləyirdilər: “Onlar heç vaxt Ukraynadan imtina etmədilər. Ukraynaya olan ümid həmişə çin olur, Ukrayna həmişə öz ümidini qaytarır. İnsanların bütün təhdidlərə, repressiyalara və işğalçıların sui-istifadələrinə baxmayaraq Ukrayna bayraqlarını necə saxladıqlarını, Ukraynaya inandıqlarını görməkdən çox xoşbəxtəm”.
Prezident bildirib ki, şəhər düşməndən hələ tam təmizlənmədikdə Xersonluların özləri artıq küçələrdən, binalardan rus simvollarını, işğalçıların Xersonda qalmasının izlərini silməyə başlamışdılar: “Müdafiəçilərimizin azad etdiyi bütün digər şəhərlərdə də belə idi. Eyni şey hələ də qayıdışımızı gözləyən şəhərlərdə olacaq. Ukrayna bütün xalqının yanına gələcək. Gücümüz sayəsində – döyüş meydanında və diplomatiyada – dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəyik”.
Zelenski, cənubda bu hücum əməliyyatını təmin edən hər bir əsgərə və müdafiə qüvvələrinin hər bir bölüyünə təşəkkür edib: “Hərbçidən tutmuş generallara qədər -Silahlı Qüvvələrə, kəşfiyyat, SBU-ya, Milli Qvardiyaya – bu günü Xerson bölgəsinə yaxınlaşdıran hər kəs təşəkkür edirəm”.
Əvvəlki məqalə

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

Sonrakı məqalə

“Azərbaycanla sülh müqaviləsinin bir neçə variantı var” –