TASS-ın baş direktoru Sergey Mixaylov vəzifəsindən azad edilib.
Azpost.info xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin bununla bağlı sərəncam imzalayıb.
Sənəddə qeyd olunur ki, Mixaylov özü tutduğu vəzifədən azad olunmasını xahiş edib. Bunun nə ilə əlaqəli olduğu açıqlanmayıb.
Mixaylov 11 ilə yaxındır bu vəzifəni tuturdu.
Ən böyük dövlət xəbər agentliklərindən olan TASS-a teleaparıcı və “Putin” filminin müəllifi Andrey Kondraşov yeni rəhbər təyin edilib. Kondraşov karyerasının böyük hissəsini Dövlət Televiziya və Radio Verilişləri Şirkətində keçirib, o cümlədən Mərkəzi Asiya üzrə müxbir işləyib, “Vesti” və “Vesti Nedeli” verilişlərinin aparıcısı olub.
2018-ci ildən təbliğatçı Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini vəzifəsində çalışıb, holdinqin informasiya şöbəsinə rəhbərlik edib.
2015-ci ildə Kondraşov “Krım. Vətənə yol” filmini çəkib. 2018-ci ildə isə Vladimir Putinin seçki qərargahının mətbuat katibi olub.
2022-ci ildə Kanada Kondraşova Rusiyanın əsassız işğalına və Ukrayna ərazisini ilhaq cəhdinə şərait yaratmağa və dəstəkləməyə görə sanksiyalar tətbiq edib. 2023-cü ildə Avropa İttifaqı da ona qarşı məhdudiyyətlər tətbiq edib.
Azpost.info