Taxıl dəhlizinin fəaliyyəti tam bərpa olunub - ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Qara dənizdəki limanlarından kənd təsərrüfatı məhsullarının tədarükünü təmin edən “taxıl dəhlizi”nin işinin bərpa olunduğunu elan edib.

Azpost.info xəbər verir ki, Ərdoğan bunu AKP-nin parlamentdəki fraksiyasının iclasında deyib.

Türkiyə prezidenti bildirib ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə “taxıl dəhlizi” ətrafında vəziyyətlə bağlı danışıqlar aparıb. Bu gün isə məsələni Ukrayna prezidenti Vladimir Zelenski ilə müzakirə etmək niyyətindədir.

Ərdoğanın sözlərinə görə, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Şoyqu türkiyəli həmkarına bildirib ki, bu gün, noyabrın 2-də saat 12:00-dan etibarən “taxıl dəhlizi” ilə kənd təsərrüfatı məhsullarının tədarükü bərpa olunur.

Azpost.info

 

Əvvəlki məqalə

“Qərbin məqsədi Rusiyanın hərbi potensialını məhv etməkdir” –

Sonrakı məqalə

Cəbrayılda sürücü səhvən maşını minalı əraziyə sürüb –