“Taxıl dəhlizinin fəaliyyəti tam normallaşdırılıb”- Hulusi AKAR

“Ukraynadan taxıl ixracı üçün dəniz dəhlizinin fəaliyyəti tam normallaşdırılıb”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Rusiya “taxıl sazişi”ndən çıxdıqdan sonra bu məsələ müdafiə naziri Sergey Şoyqu ilə şəxsən müzakirə olunub.

“Ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq, siyasi sabitliyə nail olmaq üçün görüləcək işlər barədə danışdıq. Rusiya də öz narahatlığını bildirdi. Ukraynalı həmkarlarımızla yenidən danışdıq və onlar müəyyən təminat verdilər. Biz bunu cənab Şoyquya çatdırdıq. Çərşənbə günü saat 12:00-da taxıl ixracı mexanizminin fəaliyyətinin bərpası qərara alındı. Dəniz dəhlizinin işi tam normallaşdırılıb. Fəaliyyət davam edir, bu, humanitar məsələdir”, – Akar qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə “taxıl sazişi”nin uzadılması üçün hər cür səy göstərir.

Azpost.info

Əvvəlki məqalə

“Vəziyyət qeyri-müəyyəndir, MDB-də risklər öyrənilməlidir!”

Sonrakı məqalə

“Soçi görüşü göstərdi ki, Rusiyanın Azərbaycana təsiri azalır” –