Ərzaq ixracı neft və qazdan sonra Rusiya federal büdcəsinin əsas gəlir mənbəyinə çevrilir.
Azpost.info bildirir ki, bu barədə RİA Novosti-yə Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov məlumat verib.
“Bizim kənd təsərrüfatı məhsullarının ixracı yaxşı inkişaf edir. Biz keçən illə müqayisədə taxıl ixracı planlarını praktiki olaraq artıqlaması ilə yerinə yetirmişik”-deyə o vurğulayıb.
Davıdov əlavə edib ki, hazırda Rusiya əsasən taxıl, həmçinin yağlı toxumlar, yağ, bitki yağı və günəbaxan ixrac edir. Kənd təsərrüfatı məhsullarının ixracında artım çəki ifadəsində təxminən 70% təşkil edir.
Gömrük Xidmətinin rəhbəri deyib ki, Rusiya ən çox taxıl Çinə, Yaxın Şərq ölkələri, Misir və Qazaxıstana tədarük edir.
Azpost.info