““Taxıl sazişi” göstərdi ki, Ukraynadakı vəziyyətin diplomatik yolla həlli üçün imkanlar var”- ƏRDOĞAN

““Taxıl sazişi” üzrə razılaşmalar Ukraynadakı vəziyyətin diplomatik yolla həlli üçün imkanların mövcudluğunu nümayiş etdirdi”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfinin məqsədi Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmaqdır: “Humanitar dəyərlərin sınaqdan keçirildiyi bu çətin günlərdə Türkiyə öz vəsaitlərini ehtiyacı olanlarla bölüşdü. İlk gündən biz Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmaq üçün intensiv iş apardıq. Biz göstərdik ki, diplomatik həll Qara dənizdən keçən taxıl dəhlizi və əsirlərin mübadiləsinə dair razılaşma sayəsində mümkündür”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə görüşü hazırlanır

Sonrakı məqalə

AZƏRTAC-ın yeni sədri kimdir?