““Taxıl sazişi” müddətsiz uzadıla bilər”- ZELENSKİ

““Taxıl sazişi” müddətsiz uzadıla bilər”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski G20 sammitinin iştirakçıları qarşısında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

“İnanıram ki, bizim taxıl ixracı təşəbbüsümüz müharibənin nə vaxt bitməsindən asılı olmayaraq, müddətsiz uzadılmağa layiqdir. Ona görə də təklif edirəm ki, bu təşəbbüsü bizim digər limanlarımıza, xüsusən də Nikolayev vilayətindəki Nikolayev və Olvia limanlarına qədər genişləndirək”.

Zelenski həmçinin qeyd edib ki, “taxıl sazişi”nin formatı hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya ilə danışıqlar üçün istifadə edilə bilər.

Azpost.info

Əvvəlki məqalə

Aİ 5 min nəfərlik çevik reaksiya qüvvələri yaradır

Sonrakı məqalə

“Çin Britaniyanın iqtisadi təhlükəsizliyi üçün ən böyük təhdiddir”