“Taxıl sazişi”nin bərpasından sonra ilk 6 gəmi Ukrayna limanlarını tərk edib- AÇIQLAMA

“Taxıl sazişi”nin bərpasından sonra ilk 6 gəmi Ukrayna limanlarını tərk edib.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar “Habertürk” kanalına bildirib.

Onun sözlərinə görə, hökumət indi müddəti noyabrın 19-da başa çatacaq taxıl təşəbbüsünün uzadılması istiqamətində səyləri gücləndirmək niyyətindədir.

Akar “taxıl sazişi”nin bərpasını iki ölkə arasında sülh və atəşkəs yolunda mühüm addım adlandırıb.

O bildirib ki, saziş çərçivəsində limanları tərk edən gəmilərin ümumi sayı 426-ya çatıb, onların daşıdığı taxılın miqdarı isə 9,7 milyon tonu ötüb.

Azpost.info

Əvvəlki məqalə

“Böyük Qayıdış” Dövlət proqramının layihəsi hökumətə təqdim edilib

Sonrakı məqalə

Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək –