Taxtadan hazırlanan ilk avtomobil- Qiyməti 200 min avrodur+FOTO

Fransada tamamilə taxtadan olan ilk avtomobil hazırlanıb.

Azpost.info xəbər verir ki, bu, 1955-ci il Citroen 2CV-ni tam olaraq təkrarlayan evdə hazırlanmış avtomobildir.

Hazırlanmasında bir neçə fərqli ağac növündən istifadə olunan avtomobilin müəllifi dülgər Mişel Robillarddır. O, bu işə 2011-ci ildə başlayıb və ona 5 min saat sərf edib.

Avtomobilin 28 at gücünə malik standart iki silindrli Citroen 2CV mühərriki var. Usta bu əl işini 150-200 min avroya satmağa qərar verib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya “taxıl sazişi”nə alternativ razılaşma axtarmağa çağırıb –

Sonrakı məqalə

Putinin keçmiş kürəkəninin yarım milyonluq əmlakına həbs qoyuldu