“Tayvan Çinin ayrılmaz hissəsidir” –Pekindən ABŞ-a ultimatum

“Çin Xalq Azadlıq Ordusu Tayvanın “müstəqilliyini” təmin etmək üçün kənardan müdaxilə cəhdlərinin qarşısını almağa hazırdır”.

Azpost.info xəbər verir ki, bu fikirlər Çin Müdafiə Nazirliyinin yaydığı bəyanatdandır. Pekin Pentaqonun Tayvana 95 milyon dollar dəyərində hərbi texnologiya və texnika satmaq qərarına reaksiya verib.

Çin hesab edir ki, bu, “vahid Çin prinsipi”ni pozur və ölkənin daxili işlərinə müdaxilədir: “Tayvan Çinin ayrılmaz hissəsidir. Bu məsələ Çinin fundamental maraqlarına toxunur və xarici müdaxilə yolverilməzdir”.

Pekin Vaşinqtonu Tayvana silah satışını dayandırmağa və ada ilə hərbi əlaqələri dayandırmağa çağırıb: “Çin Xalq Azadlıq Ordusu Tayvanın “müstəqilliyinə” hər hansı formada kənar müdaxilənin və separatçı cəhdlərin qəti şəkildə yatırılması üçün təsirli tədbirlər görəcək, milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək”. Qeyd edək ki, Ağ Ev bu yaxınlarda Tayvana böyük hərbi yardım paketini təsdiqləyib. ABŞ konqresmenləri isə elan olunmamış səfərlə Tayvana səfər ediblər.

Azpost.info

Əvvəlki məqalə

Rusiya-Ukrayna savaşı 143 ölkənin iqtisadiyyatına təsir edir” –

Sonrakı məqalə

Şimali Makedoniya 6 rus diplomatını “persona non qrata” elan etdi