Tayvan lideri Tsay İnven Çinin hərbi təlimlərini tənqid edib.
Azpost.info xəbər verir ki, İnven təlimlərin adada və regionda qeyri-sabitliyə səbəb olduğunu deyərək bunu məsuliyyətsizlik adlandırıb.
Çin Tsay İnven Los-Ancelesdə ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşəndən sonra – aprelin 8-də Tayvan ətrafında hərbi təlimlərə başlayıb.
Tsay ölkəsini dünyada təmsil etdiyini və xaricə, o cümlədən ABŞ-a səfərlərinin Tayvan xalqı tərəfindən yeni bir şey olmadığını deyib: “Çin bundan istifadə edərək hərbi təlimlərə başlayıb. Bu, regionun böyük ölkəsi üçün məsuliyyətli münasibət deyil”, – o vurğulayıb.
Azpost.info