Tayvan Administrasiyasının rəhbəri Tsay İnven Yaponiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb.
Azpost.info xəbər verir ki, İnven bunu Tayvana səfər edən Yaponiyanın hakim partiyasının siyasi şurasının rəhbəri Koiçi Haqiuda ilə görüşündə deyib.
“Biz görürük ki, son illərdə Tayvan-Yaponiya münasibətləri daha da inkişaf edib. Gələcəkdə Tayvan Yaponiya ilə müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyə davam edəcək. Məsələn, Hind-Sakit okean regionunda azadlıq, açıqlıq və sabitliyin təmin edilməsi üçün təhlükəsizlik və birgə səylər kimi…”, – “Reuters” İnvenə istinadən yazır.
Çinin “Kəmər və yol” təşəbbüsünə qarşı olduğu deyilən “Azad və açıq Hind-Sakit Okean” konsepsiyası 2016-cı ildə Yaponiyanın mərhum keçmiş Baş naziri Sindzo Abe tərəfindən irəli sürülüb. Konsepsiya Yaponiya, ABŞ və onların müttəfiqləri tərəfindən dəstəklənir.
Azpost.info