Tehranda hicabsız qadınlara xidmət göstərən restoranlar bağlanıb

İranın paytaxtı Tehranda hicabsız insanlara xidmət etdiyi üçün xəbərdarlıq edilən, lakin buna məhəl qoymayan bir çox müəssisə möhürlənib.

Bu barədə İranın yarı rəsmi xəbər agentliyi “Tesnim” məlumat yayıb.

Bildirilir ki sözügedən iş yerləri hicab və iffət qaydalarını pozaraq xəbərdarlıqlara məhəl qoymadıqları üçün möhürlənib. Müəssisələr arasında 3 aptek, digəriləri də kafe və restoranlar olub.

Şəhərin qərbində yerləşən onlarla müəssisənin, yüzlərlə insanın çalışdığı ticarət mərkəzinin tam möhürlənməsi isə diqqət çəkib. Möhürlənmiş kafe və restoranların əksəriyyətinin məşhur adlara məxsus olması insanların reaksiyasına səbəb olub.

Sosial mediada paylaşılan açıqlamalarda isə sözügedən şəxslərin Məhsa Emininin həbsdə vəfatından sonra başlayan nümayişlərə dəstək verdikləri və iş yerlərinin bu səbəbdən bağlandığı irəli sürülüb.

Xatırladaq ki, 22 yaşlı Məhsa Emini 2022-ci il sentyabrın 16-da Tehranda vəfat edib. Eminin ölümündən sonra başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə aksiyalara çevrilib və etirazlarda yüzlərlə insan həyatını itirib. Eminin ölümünə etiraz edən və məcburi geyim tərzinə qarşı çıxan minlərlə insan saxlanılıb.

Azpost.info

Əvvəlki məqalə

Netanyahunun Facebook səhifələrinə kiberhücum olub

Sonrakı məqalə

Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım edib