Tehranda küçələrdən birinə Corc Floydun adının verilməsi təklif olunur

11 İyun 2020 - 16:20

İranın paytaxtı Tehran şəhərində yerləşən küçələrindən birinə ABŞ-da polis zorakılığı nəticəsində həyatını itirən afroamerikalı Corc Floydun adının verilməsi təklif olunub.

APA-nın İSNA-ya istinadən verdiyi xəbərə görə, bu təkliflə İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi çıxış edib. 

“Mən kapitalist Qərb sisteminə etiraz olaraq Tehran küçələrindən birinə Corc Floydun adının verilməsini təklif edirəm”, – deyə iranlı deputat qeyd edib.