Tehranda havanın həddən artıq çirklənməsi ilə əlaqədar məktəb və uşaq bağçalarına iki günlük tətil elan edilib.
Tehran bələdiyyəsi havanın daha da çirklənməsinin qarşısını almaq məqsədilə dizel və maye qaz yanacağı ilə işləyən iri yük maşınlarının şəhərə daxil olmasını qadağan edib. Bununla yanaşı inşaat işlərinin aparılması da müvəqqəti olaraq dayandırılıb.
Tehran bələdiyyə sədrinin müavini Məhəmməd Tağızadə əhaliyə müraciət edərək ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamağı tövsiyə edib. O qeyd edib ki, hava çirkliliyi normanı bir neçə dəfə aşıb.
Onun sözlərinə görə hava şəraiti ilə əlaqədar səhhətində problem yaranan adamlar dövlət xəstəxanalarında pulsuz müayinə olunacaqlar(azərtac).