“Telefon nömrəmi istədi, vermədim…” –Melaniya Trampla necə tanış olduğunu açıqlayıb

Melaniya Tramp ABŞ-ın keçmiş prezidenti Donald Trampla evliliyinin bəzi məqamları üzərindən sirr pərdəsini qaldırıb.

Azpost.info bildirir ki, “The Daily Beast” bu həftə işıq üzü görəcək “Melaniya” adlı memuarından parçalar paylaşıb.

Kitabda Melaniya onların toyları barədə ətraflı yazıb, qarşılıqlı cazibədən danışır və aralarında siyasi fikir ayrılıqları olduğunu etiraf edir.

“Onu daha yaxından tanıdıqca anladım ki, ictimaiyyət Donald Trampın yalnız bir hissəsini görür” deyə o yazır. “Şəxsi həyatda o, zəriflik və qayğıkeşlik nümayiş etdirərək özünü centlmen kimi göstərdi. Məsələn, Donald hələ də səhhətimlə maraqlanmaq, mənə yaxşı qulluq edildiyini öyrənmək üçün şəxsi həkimimə zəng edir. O, sadəcə səmimi və qayğıkeşdir”.

O, Trampla ilk dəfə 1998-ci ildə – Melaniyanın 28, onun isə 52 yaşı olanda necə tanış olduğunu təsvir edib.

Həmin vaxt Manhettendə yaşayan Melaniyaya bir dostu zəng edərək onu Kit Kat Klubda qonaqlığa dəvət edib.

Melaniya iddia edir ki, 1998-ci ildə iki dəfə evlənən milyarderlə ilk dəfə tanış olanda onların 24 yaş fərqini düşünməyib. O qeyd edir ki, Trampın maqnit kimi çəkən enerjisi onu cəlb edib.

Melaniya  Trampa öz nömrəsini verməyib, əəvəzində Tramp öz nömrəsini ona verib. Melani yalnız Karib dənizinə etdiyi səyahətindən sonra Trampa zəng edib.

Onların ilk görüşü Nyu-Yorkun şimalındakı Bedforddakı mülkə birgə baxışı zamanı olub. Melaniya yazır ki, Tramp ona ikinci həyat yoldaşından boşanma prosesində olduğunu deyib:  “Mən hər hansı bir mühakimə yürütməkdən imtina etdim. O, məndən yaşca böyük idi, amma 28 yaşımda onunla ani bir əlaqə hiss etdim. Evə qayıdandan sonra başa düşdüm ki, bizim əlaqəmiz danılmaz və təbii idi.”

Melaniya onu “pul ovçusu” adlandırılmasından şikayətlənib: “Mən var-dövləti qazanmışdım, istəsəydim bir çox məşhurların diqqətini çəkə bilərdim”.

Melaniya deyib ki, “Trump Tower”-ə köçəndən təxminən dörd il sonra Tramp üçün yemək hazırlamaqdan həzz alırdı.

Melaniya Trampın digər övladları ilə münasibətlərin “mürəkkəb dinamikasını” təsvir edib: “Mən Donaldın yetkin uşaqlarının ifadə etdiyi bütün fikir və ya seçimlərlə razı deyiləm, Donaldın bütün qərarlarını da dəstəkləmirəm. Fərqli baxışlar insan münasibətlərinin təbii aspektidir”.

Azpost.info

Əvvəlki məqalə

Astanada CONNECTED-2024 konfransına 20-dən çox ölkədən nümayəndələr qatılacaq

Sonrakı məqalə

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb