Telefon suya düşübsə nə etmək lazımdır? –Mütəxəssis rəyi

Telefonunuzun suya düşməsi  daxili zədələnməyə, ekranın nasazlığına, həmçinin şarj problemlərinə səbəb ola bilər.

Azpost.info bildirir ki, bu barədə Gazeta.Ru-ya texniki ekspert İlya Kazakov məlumat verib.

Onun sözlərinə görə, telefonu suya düşərkən etməli olduğunuz ilk şey onu təmiz parça və ya salfetlə yaxşıca qurutmaq, həmçinin telefonu söndürməkdir.

“Növbəti addım telefonunuzdan mümkün olan bütün şeyləri çıxarmaqdır – Telefon üzlüyünü, örtüyü, yaddaş kartları,  SİM kartlar, çıxarıla bilən batareyanı…Daha sonra bütün bunları, o cümlədən akkumulyator bölməsini, ekranı, qoşulma portlarını quru əski ilə silin”, – deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, bundan sonra şarj portlarına, qulaqcıq yuvasına və dinamikə düşmüş su damcılarından qurtulmaq üçün cihazı yumşaq silkələmək lazımdır.
Kazakov telefondakı nəmişliyi aradan qaldırmağın məşhur yolunu xatırladıb: telefonu bişməmiş düyü qabına qoyun.

Mütəxəssis həmçinin deyib ki, suya düşmüş telefonu bir gün ərzində açılmamalıdır. Bu onun yaxşı quruması üçün vacibdir. “Bundan başqa yaş telefonu ən azı beş saat doldurmamaq vacibdir, əks halda problemi daha da pisləşdirə bilərsiniz” deyə mütəxəssis vurğulayıb.

Əvvəlki məqalə

TÜRK PA seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini təsbit edib

Sonrakı məqalə

“Qərb Ukraynaya Rusiyaya qarşı silah kimi baxır”