“Terror təşkilatları İsveçin NATO-ya üzvlük yoluna minalar qoyur”- ÇAVUŞOĞLU

“Terror təşkilatları İsveçin NATO-ya daxil olmasına əngəl yaradırlar”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Terror təşkilatları xüsusilə, İsveçin NATO-ya üzvlük yoluna minalar qoyurlar. İsveç də qəsdən bu minaların üzərinə basır. İstəsə, onları təmizləyə bilər”, – Çavuşoğlu deyir.

XİN rəhbəri deyib ki, Türkiyə tərəfi razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilməz: “Ankara yalnız Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra İsveçin NATO-ya daxil olması məsələsini müzakirə etməyə hazır olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Zelenski və Rişi Sunak arasında telefon danışığı olub

Sonrakı məqalə

“Böyük dəbilqə” turniri: