“Tikinti şirkətlərinə qarşı çoxlu şikayətlər var, nəzarətdə saxlayın”- Putin tapşırıq verdi

Məhkəmə hakimləri ilə bugünkü görüşündə Rusiya prezident Vladimir Putin zəlzələ təhlükəsi olan ərazilərdə tikinti normalarının pozulması ilə bağlı işlərə xüsusi diqqət yetirməyə çağırıb.

Azpost.info xəbər verir ki, Putin bunu minlərlə insanın zəlzələ nəticəsində evlərinin dağıntıları altında qaldığı Türkiyə faciəsi ilə bağlı xatırladıb.

“Biz indi Türkiyədə nə faciənin baş verdiyini görürük. Xüsusilə, seysmik proseslər baxımından təhlükəli zonada bu standartlara uyğun işləməyən tikinti təşkilatlarına qarşı çoxlu şikayətlər var. Bizdə belə sahələr çoxdur. Bu, həm ölkənin cənubunda, həm də Uzaq Şərqdə var”, – Putin bildirib.

Putin təkcə yeni obyektlərin tikintisinə deyil, həm də artıq tikilmiş evlərin yenidən qurulmasına ciddi nəzarət etməyə çağırıb: “Onlar təbii ki, əlavə əraziləri satmaq, yaşayış massivlərinin sayını artırmaq üçün tikilmiş evləri yenidən tikməyə başlayırlar. Orada hansısa yükdaşıyıcı divarlar, dayaqlar və s. sökülür. Bu, çox təhlükəli tendensiyadır”, – Putin deyib.

Azpost.info

Əvvəlki məqalə

Dağıntılar altında qalmış tələbələrin valideynləri tanınma üçün əraziyə çağrılıb –

Sonrakı məqalə

Binəqədidə baş verən yanğın söndürülüb