Tofiq Qasımov dövlət xərcə düşməsin deyə təyyarədən imtina etmişdi –“Çamadana çay qoymuşdu”

Tofiq Qasımov xarici işlər naziri olarkən beynəlxalq konfransa ucuz marşrut kimi İran ərazisindən getməyə üstünlük verib.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsinin Lənkəran şöbəsinin rəhbərlərindən olmuş, Lənkəran icra hakimiyyəti başçısının sabiq müavini İltifat Rəhimzadə yazıb.

“1992-cü ilin qışında Xarici İşlər nazirimiz Tofiq bəy Ciddə şəhərində baş tutacaq beynəlxalq konfransa gedərkən yolüstü Lənkəranda oldu. Təyyarə daha çox pul götürdüyündən İran marşrutunu məqbul hesab etmişdi. Bir gecə qonağımız oldu. Hamımız bilirdik ki, Tofiq bəyin səfər çamadanındakı əşyaları arasında həmişə çay və kiçik “suqızdıran” (kipyatilnik) olurdu. Qalacağı otellərdə çaya pul verməsin deyə onları götürürdü.

Hökumətimizin maliyyə durumu yumşaq desək yaxşı deyildi. İzafi xərcə yol vermək istəmirdi Tofiq bəy! Saf, pak, dürüst İNSAN idi!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Masallıda 19 yaşlı ər 16 yaşlı həyat yoldaşını boğaraq öldürüb –

Sonrakı məqalə

Bakıda nənə 1 və 5 yaşlı iki nəvəsini kəndirlə boğaraq öldürdü, özü intihar etdi-