Tokayev gələn həftə Moskvaya səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan prezidenti Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək”, – məlumatda deyilir.

İclas mayın 25-də Moskvada keçiriləcək.

Tokayev mayın 9-da Moskvada Qələbə Paradında da iştirak etmişdi.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev beynəlxalq konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Sonrakı məqalə

“Kilsə dövlətdən yüksəkdə dayana bilməz”