Tokio Olimpiadası yenidən təxirə salınmayacaq

06 Mart 2021 - 02:16

Tokio Yay Olimpiya Oyunlarının yenidən təxirə salınması mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bunu Tokio Olimpiadasının təşkilat komitəsinin baş katibi Toşiro Muto Yaponiyanın “Kyodo” agentliyinə verdiyi müsahibəsində bildirib.

O, Oyunların iyul ayında keçirilməsinin son mümkün variant olduğunu vurğulayıb.

Qeyd edək ki, son aylarda aparılan çoxsaylı sorğulara görə, Yaponiya sakinlərinin böyük əksəriyyəti yeni koronavirusun yayılması səbəbindən bu yay Tokioda keçiriləcək Olimpiya Oyunlarına qarşı çıxır. Xüsusilə, “Asahi” nəşri tərəfindən yanvar ayında aparılan sorğuya görə, ölkə sakinlərinin ən azı 86 faizi Oyunların keçirilməsini istəmir.

Xatırladaq ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.