Tramp ABŞ-da polislə bağlı qaydaları sərtləşdirir

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı ölkə polislərinin milli reyestrinin yaradılması haqqında əmr imzalayacaq.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, sənədlə həmçinin polislərin hazırlığı və işəgötürmə tələbləri sərtləşdiriləcək.

ABŞ administrasiyanın yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında faktı təsdiqləyib.

“Prezident Tramp polisin milli reyestrinin yaradılması haqqında əmr verəcək, hansı ki, pis polis əməkdaşlarının işə qəbulunu istisna edəcək”, – məmur bildirib.

Bundan başqa, administrasiya nümayəndəsinin sözlərinə görə, fərman həmçinin təlimləri sertifikatlaşdırmağa və standartlaşdırmağa imkan verəcək və polisdən yerli icmalardan şəxsi heyət toplamağı tələb edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxma və ölümlə bağlı ən təhlükəli ölkələr

Sonrakı məqalə

Hande Harmancı sosial şəbəkədə yaydığı foto və videoya görə üzr istədi: