Tramp Şükranlıq günü ərəfəsində iki hinduşkanı əfv edib- FOTO

Noyabrın 28-də amerikalılar Şükranlıq gününü bayram edəcəklər. Bununla əlaqədar, müəssisə və şirkətlərin çoxu noyabrın 27-dən bağlanıb.

Azərtac xəbər verir ki, ənənəyə görə, bu bayram hər il noyabrın sonuncu cümə axşamı günündə qeyd edilir. Şükranlıq günü bayramı ilk dəfə 1621-ci ilin payızında qeyd edilib. O vaxt ki, Plimut koloniyasının ilk mühacirləri bol məhsul əldə edib və bu münasibətlə üç gün bayram ediblər. Beləliklə yaranmış Şükranlıq günü ənənəsi bu gün də davam edir.

1619-1620-ci ildə qitəyə gəlmiş mühacirlərin yarısı sərt qış şəraitində soyuqdan və xəstəliklərdən həlak oldu. Yerli hindilər sağ qalan mühacirlərə yerli bitkiləri yetişdirməyi və daşlı torpağı becərməyi öyrətdilər. Yaxşı məhsul alınandan sonra birinci amerikalılar sağ qaldıqlarına görə Tanrıya minnətdarlıq əlaməti olaraq yerli hindilərlə birlikdə bayram. 3 oktyabr 1863-cü il Prezident Avraam Linkoln Şükranlıq gününü dövlət bayramı elan etdi.

Hinduşkanın ABŞ prezidentinə təqdim edilməsi ənənəsi 1947-ci ildə Prezident Trumenin vaxtında, hinduşkanın əfv edilməsi mərasimi isə xeyli sonra – 1987-ci ildə Prezident Ronald Reyqanın vaxtında yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının Baş Planının layihəsi hökumətə təqdim olunacaq

Sonrakı məqalə

Merkel postunu vaxtından əvvəl tərk etməyəcək