Tramp yenə məhkəmədə ifadə verəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin açdığı 250 milyon dollarlıq mülki iddiada ifadə vermək üçün Nyu-Yorka qayıdacaq.

Bu barədə ABC telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, aprelin 13-də baş verməlidir.

Xatırladaq ki, aprelin 4-də Tramp rəsmi olaraq 2016-cı il seçki kampaniyası zamanı məşuqəsi Stormi Danielsin susması üçün gizli ödənişlər etmək də daxil olmaqla, 34 maddə üzrə biznes sənədlərini saxtalaşdırmaqda ittiham olunub. Prokurorluq onu şahid qismində işə cəlb etmək istəyir. Tramp həbs olunduğu Nyu-Yorkda məhkəmə iclasında şəxsən iştirak edib, lakin sonradan o, azadlığa buraxılıb.

Əvvəlki məqalə

Rusiyada vulkan püskürdü, kəndlərə “kül yağışı” yağdı –

Sonrakı məqalə

ABŞ-da COVİD-ə görə tətbiq olunan fövqəladə vəziyyət rejimi ləğv edilib