Trampın “Facebook” və “Instagram” hesabları da bərpa edildi

“Meta”ya məxsus “Facebook” və “Instagram” sosial şəbəkələri ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesablarını blokdan çıxarıb.

Azpost.info xəbər verir ki, siyasətçinin səhifələri fevralın 9-u axşam saatlarında yenidən aktiv olub.

Səhifələr açıldıqdan bu yana Tramp baş verənlərə reaksiya verməyib.

Eks-prezidentin bu sosial şəbəkələrdəki hesablarının bərpa ediləcəyini yanvarın sonunda “Meta”nın qlobal məsələlər üzrə prezidenti Nik Kleq rəsmən bəyan etmişdi. O, qeyd etmişdi ki, Tramp platformanın qaydalarını pozarsa, onu yenidən iki illik qadağa gözləyir.

2022-ci ilin noyabr ayının sonunda “Tviter”in sahibi İlon Mask da istifadəçilər arasında sorğu təşkil edərək Trampın bu sosial şəbəkədəki hesabını blokdan çıxarıb. O, “Tviter”in əvvəlki sahiblərinin eks-prezidentin hesabının bloklanması qərarını səhv adlandırıb.

Tramp sahibi olduğu “Truth Social” sosial şəbəkəsində səhifəsi olduğu üçün “Tviter”ə qayıtmaq niyyətində olmadığını bildirib. “Tviter” hesabı blokdan çıxandan bu yana o, bir dənə də yeni yazı paylaşmayıb.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanı təcrid etmək planlarını alt-üst etdiniz!”

Sonrakı məqalə

“Cücələrim”i oxuyan qızcığaz, “Ulduz”un “Yetər”i və mühəndis –