Trampın partiyadaşı ona rəqib oldu –Qubernator namizədliyini irəli sürür

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis gələn həftə 2024-cü il prezident seçkilərində iştirak üçün namizədliyini rəsmən bəyan edəcək.

Azpost.info bildirir ki, bu barədə öz mənbələrə istinadən Reuters məlumat yayıb.

Agentliyin məlumatına görə, Respublikaçı Desantis mayın 25-də prezidentliyə namizədlik sənədlərini təqdim edəcək. DeSantisin həmin gün Mayamidə sponsorlarla görüş planlaşdırılıb.

Mənbənin sözlərinə görə, prezidentlik uğrunda mübarizəyə başlaması barədə rəsmi qərar mayın 29-da elan olunacağı gözlənilir.
Desantis  Respublikaçıların məşhur və güclü namizədi olan Donald Trampa ciddi rəqib sayılır.

Bununla belə, Reuters-in son sorğusuna əsasən, Tramp hazırda 2024-cü il Respublikaçıların praymerizində liderlik edir.

Azpost.info

Əvvəlki məqalə

Krımda dəmir yolu partladılıb

Sonrakı məqalə

“Hollivud daha mənim üçün maraqlı deyil…” –