ABŞ Prezidenti Donald Trampın seçki ərəfəsində yaradılmış təşviqat qərargahın 6 əməkdaşında koronavirus aşkar edilib.
APA “Axios” nəşrinə istinadən xəbər verir ki, bu barədə qərargahın xarici əlaqələr üzrə direktoru Tim Mert açıqlamasında bildirib.
T.Mertin sözlərinə görə, qərargahın sözügedən 6 əməkdaşı ABŞ liderinin Oklahoma ştatının Tulsa şəhərində nəzərdə tutulmuş mitinqini təşkil etmək üçün səfərbər olunublar: “Təhlükəsizlik protokollarına uyğun olaraq, heyət üzvləri tədbirdən əvvəl COVID-19 testindən keçiriliblər. Onların hər birində testin cavabı müsbət olub. Dərhal əməkdaşlar karantinə alındılar”.