Trampın Tvitter hesabı bərpa edilib

ABŞ-ın sabiq prezidenti Donald Trampın Tvitter hesabı bərpa edilib.

Müvafiq qərarı şirkətin yeni sahibi İlon Mask rəy sorğularının nəticələri əsasında qəbul edib.

Bununla belə, sabiq prezident özünün təsis etdiyi sosial şəbəkədə – “Truth Social”da qalmağa qərar verib.

Qeyd edək ki, Trampın Tvitter hesabı ötən ilin yanvarında iğtişaşlar zamanı bloklanmışdı.

 

Trampın Tvitter hesabı bərpa edilmiş Tvitter hesabını izləyənlərin sayı kəskin artıb.

Sabiq prezidenti izləyənlərin sayı artıq 2 milyonu keçib. Bu barədə müvafiq statistika Tvitterdə yerləşdirilib.

Əvvəlki məqalə

Türkiyə Suriya və İraqda qisas əməliyyatına başlayıb

Sonrakı məqalə

Azərbaycanın dövlət rəsmilərinə qarşı terror aktından 31 il ötür