Tülkü Britaniya parlamentinə girdi, ara qarışdı –

VİDEO
07 Fevral 2020 - 15:32
Bir kürən tülkü Britaniya parlamentinə daxil olaraq orada əməlli-başlı xaos yaradıb.
 
Moderator.az xəbər verir ki, bu haqda informasiyanı yerli “Qardian”(“The Guardian”) nəşri yayıb.
Məlumata görə, heyvan eskalatorla binanın 4-cü mərtəbəsinədək yüyürə bilib. Bundan sonra polislər onu tutaraq qutuya qoyub və bayırda azadlığa buraxıblar.
Məmurlar və parlament üzvləri hadisədən hiddətlənib.  Bəzi siyasətçilər qeyd ediblər ki, illər ərzində Britaniya parlamentində müxtəlif əndrəbadi hadisələr görsələr də, belə bir epizod  ən qəribəsi oldu.
Həmçinin, heyvanın parlament binasında necə daxil olması məsələsi də heyrət doğurub.
https://youtu.be/owaAP_PDFcA