Tunisdə ilk dəfə qadın Baş nazir təyin edilib

Tunisdə iki ay davam edən hökumət böhranına son qoyulub.

İyulun sonunda hökuməti tam tərkibdə istefaya göndərən ölkə Prezidenti Kais Said Dünya Bankında iş təcrübəsi olan, geologiya mühəndisi Nəcla Buden Romdhaneni yeni Baş nazir təyin edib. O, Tunis tarixində ilk qadın hökumət başçısı olub.

Xalqa müraciət edən Prezident Said bildirib ki, ağır sosial-iqtisadi böhran yaşayan Tunisdə yeni hökumətin formalaşması həyati əhəmiyyətə malikdir. O əlavə edib ki, yaxın günlərdə tərkibi təsdiq ediləcək Nazirlər Kabineti bütün sahələr üzrə yüksək peşəkar kadrlarla komplektləşdiriləcək. Yeni təyin olunmuş Baş nazir Beynəlxalq Valyuta Fondu ilə kredit ayrılmasına dair aparılan və iyulda təxirə salınmış danışıqları davam etdirəcək.

Tunis Prezidenti, həmçinin qarşıdakı ayda ölkə Konstitusiyasına əsaslı dəyişikliklərlə bağlı ümumxalq referendumu keçiriləcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-də Qarabağ davasının səbəbkarı Abel Aqanbekyan:

Sonrakı məqalə

Teymur Rəcəbov Levon Aronyanı məğlub edib –