“Türk əsgəri Ukraynada Rusiyaya qarşı vuruşa bilməz” –ÇAVUŞOĞLU

Türkiyə və NATO-nun müttəfiqləri Ukraynanın təhlükəsizlik zəmanəti tələbinə razılıq verməyib.

Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.

Diplomat qeyd edib ki, Ukraynanın indiki şəkildə tələb etdiyi zəmanətləri NATO-nun 5-ci maddəsinə uyğun olsa belə, ABŞ və Türkiyə daxil olmaqla, heç bir müttəfiq ölkə qəbul edə bilməz. Türk əsgəri Ukraynada Rysiyaya qarşı müharibə apara bilməz. (APA)

Əvvəlki məqalə

ABŞ Rusiyaya yeni sanksiya tətbiq edib

Sonrakı məqalə

Elektron qaydada müavinət təyin olunan şəxslərin sayı açıqlanıb